Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 17:21
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexaizminin tezliklə razılaşdırılmasına ümid edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya münaqişə ilə bağlı atılan addımllar barədə Avropa Şurasının Katibliyini məlumatlandırıb:
"İndi ən əsas məsələ həm tərəflər arasında, həm beynəlxalq iştirakçılar tərəfindən qarşıdurma ritorikasını dayandırmaqdır. Növbəti zəruri addım döyüş əməliyyatlarının, mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bu, Rusiya, ABŞ və Fransa prezidentlərinin ATƏT Minsk qrupu həmsədrləri qismində bəyanatında, həm də oktyabrın 10-da razılaşdırılmış Moskva sənədində yer alan tələbdir. Bu tələb, həmçinin oktyabrın 18-də razılaşdırılmış sənəddə də yer alıb".
Rusiyalı nazir qeyd edib ki, Moskvadakı görüşdən sonra ümidlər doğrulmadı:
"Yaşayış məskənləri və mülki infrastruktura zərbələr davam etdi. Bu, qəbuledilməzdir. Atəşkəs rejiminin işləməsi üçün atəşkəs rejiminə əməl olunmasına nəzarət mexanizmi yaradılmalıdır. Biz buna iki sənədin qəbul olunmasından, amma vəziyyətin dəyişməməsindən sonra əmin olduq. Hazırda biz, o cümlədən Müdafiə Nazirliyimiz, ilk növbədə Azərbaycandan və Ermənistandan həmkarlarımızla bunun üzərinə fəal işləyirik və ümi edirik ki, yaxın zamanlarda bu mexanizm razılaşdırılacaq".
S.Lavrov əlavə edib ki, məsələnin siyasi tənzimlənməsi üçün ATƏT Minsk qrupu həmsədrlərinin hazırladığı, tərəflərlə müzakirə etdiyi məsələlər mövcuddur:
"Fikrimcə, tərəfləri əsas müddəaları razılaşdırmağa çağırmalıyıq. Bu müddəalar uzunmüddətli baxımdan regionda vəziyyəti sabitləşdirməyə, iqtisadi, nəqliyyat əlaqələrini açmağa və həm Qarabağın, həm digər ərazilərin etibarlı təhlükəsizliyini təmin etməyə imkan verəcək".