Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq: Tərtərdə ''Pambıq emalı zavodu”na top mərmisi düşüb

Baş Prokurorluq: Tərtərdə ''Pambıq emalı zavodu”na top mərmisi düşüb

Tarix: 19 Oktyabr 2020 17:33

Bakı. Trend:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş vermişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İcimaiyyətə əlavə məlumat veriləcəkdir.


Etiketlər:  Baş Prokurorluq Tərtərdə Pambıq emalı zavoduna mərmisi düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ