Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 13:26
"Barselona"nın hücumçusu Ansu Fati Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, gənc forvard buna qrup mərhələsinin ilk turunda "Ferensvaroş"la ev oyununda fərqlənərək nail olub.
"Nou Kamp"dakı matçda iki qol vuran Fati bu turnirdə 18 yaşına çatmamış dubl edən ilk futbolçu ünvanına yiyələnib. O, ÇL-də ilk qolunu 2019-cu ilin dekabrında "İnter"lə matçda vurub.
Macarıstan klubu ilə görüşdə hesabı açan İspaniya təmsilçisinin kapitanı Lionel Messi isə Çempionlar Liqasında qol vurduğu komanda sayını 36-ya çatdırıb. Argentinalı bununla öz rekordunu yeniləyib.
Qeyd edək ki, "Barselona" "Ferensvaroş" üzərində 5:1 hesablı qələbə qazanıb.