Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəzakətli davranış, xeyirxahlıq sağlamlığa müsbət təsir edir

Nəzakətli davranış, xeyirxahlıq sağlamlığa müsbət təsir edir

Tarix: 24 Oktyabr 2020 20:21

Nəzakətli davranış, xeyirxahlıq sağlamlığa müsbət təsir edir. Bununla bağlı tədqiqat aparan alimlərə görə, xeyirxah olmaq, başqalarına yardım etməklə sağlamlıq və rifah arasında bir bağ var. Tədqiqatın nəticələri "Psychological Bulletin" jurnalında dərc olunub.

Bununla bağıı 198 min 213 nəfəri əhatə edən 201 müstəqil tədqiqat təhlil olunub. Tədqiqatın nəticələri göstərib ki, müsbət sosial davranış, xüsusən də mehriban olmaq və başqalarına kömək etmək, insanın xoşbəxtliyinə daha güclü təsir edir.

Bu cür davranışların gənclərdə fiziki sağlamlıqla yanaşı yüksək səviyyədə rifah yaratdığı, yaşlılalr, təqaüdçülərin isə yalnız fiziki sağlamlıqlarına müsbət təsir göstərdiyi ifadə edilib.

Tədqiqat, qadınlarda pozitiv sosial davranışların xoşbəxtlik və fiziki sağlamlıq arasında kişilərə nisbətən daha güclü əlaqələrin olduğunu da müşahidə edilib.


Etiketlər:  Nəzakətli davranış xeyirxahlıq sağlamlığa müsbət təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ