Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 07:23
Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində Türkiyənin Hatay vilayətində baş verən partlayışa münasibət bildirib.
Trend-in məlumatına görə, paylaşımda Ərdoğan ölkənin təhlükəsizlik qüvvələrini Hatayda uğurlu antiterror əməliyyatı münasibətilə təbrik edib.
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə artıq bu cür hücumlarla idarə oluna biləcək bir ölkə deyil:
"Həm ölkə daxilində, həm xaricində terrorizmə və dəstəkçilərinə qarşı mübarizəmizi davam etdirəcəyik".