Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm - İranın dini liderinin nümayəndəsi

Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm - İranın dini liderinin nümayəndəsi

Tarix: 29 Oktyabr 2020 10:28

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycanın Ermənistanın Bərdəyə hücumunun intiqamını alacağına əminəm.

Trend-in məlumatına görə, İranın dini liderinin nümayəndəsi Seyid Həsən Amili Azərbaycanın Bərdə şəhərinə hücumu ilə əlaqədar bəyanatında qeyd edib.

S.H.Amilinin sözlərinə görə, Qarabağı işğal edənlər son mənfur hərəkətlərindən birində Bərdə şəhərini raketlə atəşə tutub, 21 insanı qətlə yetirib və 70-dən çox insanı yaralayıblar:

"Bu hadisənin kadrları vicdanı olan hər bir insanı narahat edir. Çox təəssüf ki, beynəlxalq dairələr insanlar arasında qiymətləndirmə aparır və müsəlmanın canı və qanına əhəmiyyət vermirlər.

Dini və insani borcum olaraq bu cinayəti pisləyir, Azərbaycan xalqına, xüsusilə amansız şəkildə raketlərin qurbanı olanların ailələrinə başsağlığı verirəm".


Etiketlər:  Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm İranın dini liderinin nümayəndəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ