Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə ''Qaynar xətt'' yaratdı

Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə ''Qaynar xətt'' yaratdı

Tarix: 30 Oktyabr 2020 17:22

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır.

Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, hələlik tələfatların olması barədə məlumat yoxdur:

"Bu barədə informasiyalar olduqca biz məlumatlar verəcəyik. Hazırda həm valilik, həm də bələdiyyə ilə əlaqə saxlayırıq".

Səfirlikdən əlavə edilib ki, şəhərin zəlzələnin episentrinə yaxın ərazisində azərbaycanlıların yaşaması ehtimalı da var: "Ola bilsin ki, həmin ərazidə azərbaycanlılar yaşasın. İndi məlumatları dəqiqləşdirməyə çalışırıq. Biz özümüz də səfirlik olaraq, "Qaynar xətt" yaratdıq. Bu, səfriliyin öz saytında, "Twitter" və "Facebook"dakı səhifələrində paylaşılacaq. Vətəndaşlarımız məlumat vermək üçün oraya müraciət edə bilərlər. Amma hazırda səfirliyə məlumat verilməyib ki, orada azərbaycanlılar var, ya yox".


Etiketlər:  Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə Qaynar xətt yaratdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ