Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 14:27
İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.
Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.
İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora yox deyirik", "Erməni terrorçuluğuna son!", "Uşaq ölümünə son!", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. şüarları səsləndirib.