Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 03:32
Qadın futbolçulardan ibarət ABŞ milli komandasının kapitanı Meqan Rapino irqçiliklə mübarizə aparmaq üçün Kriştianu Ronaldu və Lionel Messiyə müraciət edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, Ronaldu və Messiylə birgə çalışaraq, çox şey bacaracaqlarını deyib:
"Ronaldu və Messinin bu məsələdə çox böyük təsir gücləri ola bilər. Onlar bu məsələ ilə maraqlanmağa başlasa, çox şeyi bacararlar. Sadəcə "Black Lives Matter" ("Qara həyat yaşayır") yazılı forma geyinməklərindən danışmıram, daha dərinə enmək lazımdır".