Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər COVID-19-un müəyyənləşdirilməsinin yeni yolunu tapdılar

Alimlər COVID-19-un müəyyənləşdirilməsinin yeni yolunu tapdılar

Tarix: 2 Noyabr 2020 21:12

Amerikalı alimlər fitness qolbağı istifadə edərək COVID-19-un müəyyənləşdirməsi yolunu tapıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, müvafiq tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc edilib.

Mütəxəssislər simptomların başlandığını bildirən və yeni koronavirus üçün test edilmiş şəxslərin məlumatlarını araşdırıblar.

Fitness qolbaqlarının göstəricilərinin aktivlik səviyyəsində və ya istirahət zamanı ürək dərəcəsində ifadə olunan fərdi normalardan kənarlaşmaları və yuxu səviyyəsindəki dəyişiklikləri müəyyənləşdirməyə kömək etdiyi qeyd olunur.

Bu göstəricilərin xəstələrin şikayətləri ilə birlikdə qeydiyyata alınması yalnız simptomları nəzərə alan modellə müqayisədə yoluxmuş COVID-19-un müəyyənləşdirilməsini əhəmiyyətli dərəcədə sadələşdirməyə və xəstəliyi asemptomatik formada və erkən mərhələdə təyin etməyə kömək edib.


Etiketlər:  Alimlər COVID müəyyənləşdirilməsinin yeni yolunu tapdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ