Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzərliyin BİLMƏDİYİNİZ FAYDALARI: balla qarışdırıb yeyəndə...

Üzərliyin BİLMƏDİYİNİZ FAYDALARI: balla qarışdırıb yeyəndə...

Tarix: 2 Noyabr 2020 23:57

Üzərlik otu qədim zamanlardan bəri insanların həm fiziki, həm də ruhi problemlərinin müalicəsində istifadə olunan möcüzəvi bitkidir. Dövrümüzdə daha tez-tez istifadə edilən üzərlik başda tənəffüs yolu xəstəlikləri olmaqla, bir çox narahatlıqların müalicəsində üstünlük verilir.

Sonxeber.net xəbər verir ki, bu otun mistik xüsusiyyətə sahib olduğuna inanır.

Üzərliyin orqanizmə faydaları

- Metabolizmin işini sürətləndirir, bağırsaqların sağlam işini təmin edir. Bağırsaqlarda bakteriya və qurdların yaranmasının qarşısını alır.

- Yaz aylarında qrip və soyuqdəymənin müalicəsində fayda verir. Boğaz aörısı və infeksiyasını sağaldır.

- Sidik kanalında yaranan iltihab və infeksiyaların sağalmasına fayda verir.

- Xroniki baş ağrısı yaşayanların ağrılarını dindirməyə yardımçı olur.

- Tənəffüs yolları problemləri olanların nəfəsini aır, tənəffüs darlığı və burun tıxanıqlığını aradan qaldırır.

- Diqqət dağınıqlığı, fokuslanmada çətinlik yaşayanlar çay və tüstüsündən istifadə edə bilər.

- Bəlğəmqovucudur.

- Qadınlarda menstruasiya dövrünün rahat keçməsini təmin edir.

- Hormonları balanslaşdırır. Serotoninin miqdarını çoxaldaraq sinir sisteminə yardımçı olur.

İstifadə üsulları

Çay formasında: 1 fincan isti suya 1 ovuc üzərlik ataraq 5 dəqiqə gözləyin. İçməli hala gəldikdə süzərək qəbul edin. Otun təzəliyindən əmin olun.

Tüstü formasında: dərin qabın içində yandıraraq tüstüsünü evdə gəzdirin və ya qoxlayın.

Balla qarışığı: kətan toxumu, bal və üzərliyi qarışdırıb gündə 1 qaşıq yeyin. Astma xəstələrinin sağalmasına köməkçi olur. (publika.az)


Etiketlər:  Üzərliyin BİLMƏDİYİNİZ FAYDALARI balla qarışdırıb yeyəndə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ