Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 12:12
Bakı. Trend:
Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkətinə məxsus BIRLink brendi ölkəmizin ərazi bütövlüyü naminə döyüşən Milli Ordumuza dəstək olmaqda davam edir. Bu dəfə də “Güc BİRLİKdədir” deyərək, şirkət noyabr ayı ərzində BİRLink şəbəkəsinə qoşulan bütün abunəçilərin ödənişlərini hərbi əməliyyatlarda yaralanan hərbçilərimizin müalicəsinə yönləndirəcək.
Noyabr ayı ərzində toplanmış vəsait www.birlink.az saytının baş səhifəsində əks olunacaq və ayın sonunda köçürülmüş məbləğ barədə abunəçilərə və geniş ictimaiyyətə hesabat təqdim olunacaq. Bununla yanaşı, toplanmış vəsait barədə məlumat hər həftə sonu rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.
Xatırladaq ki, “Güc BİRLİKdədir” şüarı ilə ENGİNET şirkəti Gəncədə 11 oktyabrda Ermənistan tərəfindən törəldilmiş terror nəticəsində xəsarət almış uşaqlara yardım payları çatdırmışdır. Bundan əlavə, cəbhə bölgəsində əks-hücum hərbi əməliyyatlarının başladığı gündən etibarən ENGİNET şirkəti Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürməklə milli ordumuza dəstək olub. Eyni zamanda, şirkətin əməkdaşları arasında hazırda cəbhədə gedən döyüşlərdə iştirak üçün konüllü olaraq ordu sıralarına qoşulanlar da var.