Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 11:32
Bakı. Trend:
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdən sonra dağıntılar arasında aparılan axtarış-xilasetmə işlər başa çatıb.
Trend-in məlumatına görə, yeraltı təkanlar nəticəsində dağılmış 17 binanın sonuncusunda axtarışlar səhər saatlarında bitib.
Qeyd edək ki, oktyabrın 30-da baş vermiş 6.6 bal gücündə zəlzələdən sonra İzmirdə 114 nəfər həlak olub, 1 035 nəfər yaralanıb.