Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ötən sutka koronavirusdan 419 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 419 nəfər ölüb

Tarix: 4 Noyabr 2020 15:04

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 419 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 36 579 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 452 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 646 164 nəfərə çatıb. Virus daşıyıcılarından 5 426 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 500 400 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,07 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda ötən sutka koronavirusdan nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ