Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:18
Azərbaycan ordusu Dağlıq Qarabağ münaqişə zonasında telekommunikasiyalar üzərində tam nəzarəti ələ keçirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın "razm.info" hərbi-analitik portalının eksperti Karen Vrtanesyan "Facebook"dakı səhifəsində yazıb.
O bildirib ki, Azərbaycan ordusu müasir hərbi rabitə vasitələrinin köməyilə təkcə Qarabağdakı bütün zəngləri izləmir, həm də zəngin yerini, vaxtını, eləcə də zəng edənin telefonunun markasını müəyyən edə bilir:
"Bu vasitə ilə 10-30 metr dəqiqliklə telefonların cəmləşdiyi yeri müəyyənləşdirmək olar. Əgər bir neçə telefon meşə massivində və ya dərədə aşkar edilirsə, deməli orada canlı qüvvə toplanıb. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərin toplaşdığı yeri rahatlıqla müəyyən edir".