Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple növbəti təqdimat tədbirini elan edib: Bu ay şirkət nə təqdim edəcək?

Apple növbəti təqdimat tədbirini elan edib: Bu ay şirkət nə təqdim edəcək?

Tarix: 5 Noyabr 2020 20:56

Daha öncədən internetdə gəzmiş şayiələr təsdiqləndilər. Apple şirkəti öz yeni təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Rəsmi məlumata əsasən bizləri bu dəfə maraqlı yeniliklər gözləyir. Beləliklə Apple şirkətinin yeni təqdimat tədbiri 10 noyabr tarixində baş tutacaq. Tədbirin sloqanı qismində "One More Thing" çıxış edir. Apple şirkətinin bu tədbirdə hansı məhsulları dəqiq şəkildə təqdim edəcəyi barəsində məlumat yoxdur. Lakin güman etmək olar ki, şirkət yeni MacBook modellərini təqdim edəcək.

Təqdimatdan öncə Bloomberg öz mənbələrinə istinadən tədbirdə təqdim olunacaq yeni məhsulların siyahısını öz saytında təqdim edib. Artıq məlumdur ki, şirkət öz kompüterlərində Intel çipləri əvəzinə Apple Silicon prosessorlarından istifadə edəcək. Bloomberg-in verdiyi məlumata əsasən Apple şirkətinin fərdi prosessoru ilə təchiz olunacaq ilk noutbuklar sırasında 13 düym ekrana sahib MacBook Air və 13 ilə 16 düym ekranlara sahib MacBook Pro olacaqlar.

Məlumata əsasən fərqli prosessorun istifadəsindən başqa bu noutbuklarda digər bir yeniliyin olmasını gözləmək lazım deyil. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple yalnız gələn il öz noutbuklarının dizaynlarında dəyişiklik edəcək. Bir sıra məlumatlara əsasən Apple şirkəti 10 noyabr tarixində həmçinin AirPods Studio qulaqlıqlarını və AirTag axtarış trekerlərini də təqdim edəcək.


Etiketlər:  Apple növbəti təqdimat tədbirini elan edib şirkət təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ