Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qafqaz Albaniyası dövrünə aid abidələr daha çox erməniləşdirilib

Qafqaz Albaniyası dövrünə aid abidələr daha çox erməniləşdirilib

Tarix: 6 Noyabr 2020 12:45

İşğal olunmuş rayonlarımızda yerləşən, öz zəngin koloriti və memarlıq quruluşu ilə seçilən, Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri olan məbədlər, sovmələr, bazilika və monastırlar üzərlərindəki rəsmlərin, süjet xarakterli oymaların, simvolların dəyişdirilməsi yolu ilə daha çox mənimsənilməyə məruz qalıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifələrinin icra edən Azad Cəfərli deyib.
Onun sözlərinə görə, belə abidələrə misal olaraq Kəlbəcər rayonu ərazisində yerləşən Gəncəsər və Xudavəng monastırları xüsusilə qeyd edilməlidir.

Bundan başqa, ermənilər tərəfindən tariximizin bu dövrünə məxsus bir sıra məbədlərin üzərində zəng qülləsi inşa edilib:"Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində "bərpa" işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin başqa xalqlara aid məscid olmasını iddia etmişdirlər".

A.Cəfərli qeyd edib ki, işğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilmiş və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

A.Cəfərli əlavə edib ki, işğal olunmuş ərazilərdə dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri olan Ağdam rayonunda Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonunda Xudafərin körpüləri, Niftalı kurqanları, Xocavənd rayonunda Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonunda Xocalı kurqanlar təkcə Azərbaycan xalqı üçün deyil, eləcə də dünya mədəni irsi və xəzinəsi üçün də əhəmiyyətli və təkrarolunmaz abidələrdir:"

Təəssüflər olsun ki, işğal faktına görə həmin ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa-konservasiyası və öyrənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bu vaxta qədər mümkün olmayıb".


Etiketlər:  Qafqaz Albaniyası dövrünə abidələr daha çox erməniləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ