Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siti" ilə matç futbol dünyasının ən çətin oyunudur" - Klopp

Tarix: 7 Noyabr 2020 09:30

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 8-ci turunda "Mançester Siti" ilə keçirəcəkləri oyun haqda danışıb.

Qol.az Britaniya mtbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis "şəhərlilər"lə qarşılaşmanı futbol dünyasının ən çətin oyunu adlandırıb:

"Hər iki komanda üçün çətin bir matç olacaq. Bu il hər şey dəyişdi. Ona görə də əvvəlki illərlə müqayisə etmək olmaz. Belə oyunlar mənim xoşuma gəlir. Hazırlığı da sevirəm. Amma bu, bizim vəziyyətimizi asanlaşdırmır. Bazar günü keçiriləcək oyun bizim üçün həqiqətən də ağır olacaq.

Ötən il səfərdə "Mançester Siti"yə məğlub olduq. Lakin həmin oyun digərləridən daha fərqli nəzərə alınmalıdır. Çünkik o matçdan 3 gün əvvəl Premyer Liqanın çempionu olmuşduq.

Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Planla hərəkət etməyimiz, cəsarətli olmağımız və var gücümüzü ortaya qoymağımız lazımdır. Belə olanda qalib gəlmək üçün  bir şansımız olacaq. "Mançester Siti" ilə matç futbol dünyasının ən çətin oyunudur".

Qeyd edək ki, 8 noyabr "Etihad" stadionuna kerçiriləcək "Mançester Siti" - "Liverpıul" görüşü Bakı vaxtilə 18:30-da başlayacaq.

Milli.Az


Etiketlər:  Siti ilə matç futbol dünyasının ən çətin oyunudur Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ