Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qrant müqavilələrinin qeydə alınması Qaydası”nda dəyişiklik edilib

“Qrant müqavilələrinin qeydə alınması Qaydası”nda dəyişiklik edilib

Tarix: 7 Noyabr 2020 15:40

Bakı. Trend:

Nazirlər Kabineti 446 № li Qərarına dair izah verib.

Trend-in məlumatına görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək

Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi,

elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir.

Nazirlər Kabineti bildirir ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılmışdır.


Etiketlər:  Qrant müqavilələrinin qeydə alınması Qaydasında dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ