Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində qərbdə Azərbaycan və Türkiyəyə qarşı tətbiq edilən ikili standartlar müzakirə olunub - VİDEO

TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində qərbdə Azərbaycan və Türkiyəyə qarşı tətbiq edilən ikili standartlar müzakirə olunub - VİDEO

Tarix: 7 Noyabr 2020 17:18

TREND BİA-nın "Bakı-İstanbul" telekörpü layihəsi çərçivəsində Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumu türkiyəli və azərbaycanlı ekspertlər tərəfindən müzakirə olunub.

Müzakirədə TREND BİA-nın baş redaktoru Rufiz Hafizoğlu və BMT Mədəniyyətlər və Dialoqu Tədqiqat İnstitutu Elmi Şurasının idarə heyətinin üzvü professor Naciye Selin Şenocak iştirak ediblər.

Telekörpüdə iştirak edən , N.S. Şenocak bildirib ki, Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarix yazır və Türkiyə bununla qürur duyur.

Onun sözlərinə görə, 30 ilə yaxındır ki, dünya ictimaiyyəti Qarabağın Ermənistan tərəfindən işğalına göz yumurdu.

N.S.Şenocak onu da əlavə edib ki, hazırda dünyada - istər ABŞ-da, istərsə də Fransada olsun, çox güclü bir erməni lobbisi fəaliyyət göstərir.

"Erməni lobbisinin adıçəkilən ölkələrdə güclü fəaliyyəti onu göstərir ki, bu ölkələr tərəfsiz deyillər. Bu dövlətlər tərəfsiz olsaydılar, indiyə qədər bu problem həll olunardı və Dağlıq Qarabağ öz əsl sahibi olan Azərbaycana qaytarılardı" - deyə, o bildirib.

Professorun sözlərinə görə, Azərbaycana qarşı ikili standart məsələsində xüsusən də Fransa fərqlənir. "Fransadan Dağlıq Qarabağa vuruşmağa ermənilərdən ibarət quldur dəstələr gedir, Fransa mətbuatı isə onlarla müsahibə edir, onlardan açıqlama alır. Bu, əsla qəbuledilməzdir, çünki ermənilərin hədəfi dinc insanları öldürməkdir" - deyə, o bildirib.

Milli.Az


Etiketlər:  TREND BİA nın Bakı İstanbul telekörpü layihəsi çərçivəsində qərbdə Azərbaycan Türkiyəyə qarşı tətbiq edilən ikili standartlar müzakirə olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ