Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanda ÜDM 58 milyard manatı ötüb

Bu il Azərbaycanda ÜDM 58 milyard manatı ötüb

Tarix: 16 Noyabr 2020 18:56

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58 milyard 469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5861,6 manata bərabər olub.


Etiketlər:  Azərbaycanda ÜDM milyard manatı ötüb


RƏYLƏR