Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan öz rəqiblərinə qarşı repressiya həyata keçirir''

''Paşinyan öz rəqiblərinə qarşı repressiya həyata keçirir''

Tarix: 17 Noyabr 2020 14:21

10 noyabr bəyanatından sonra Paşinyanın hakimiyyətdə qalmaq üçün bütün vasitələrdən istifadə etdiyi müşahidə olunmaqdadır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Məmmədli deyib.

C.Məmmədli bildirib ki, Ermənistan baş naziri əlində olan inzibati-siyasi rıçaqlardan istifadə edərək öz rəqiblərinə qarşı sözün əsil mənasında repressiya həyata keçirir:

"Təsəvvür edin ki, parlamentdə əsas müxalifət partiyası olan "Çiçəklənən Emrənistan" partiyasının rəhbəri hazırda həbsxana həyatı yaşayır. Həmçinin, milliyətçi xarakteri ilə seçilən "Daşnaqsütyun" partiyasının bir sıra rəhbər şəxsləri həbs olunublar. Paşinyan ona yönəlik hər hansı tənqid səsləndirən siyasiləri dərhal sərt siyasi təzyiqlərə məruz qoyur, yaxud da həbs etdirir.

Vəziyyət hətta o həddə çatıb ki, Paşinyanın təmsil olunduğu düşərgədə belə ona qarşı dayanan qüvvələr ortaya çıxıb. Belə ki, Paşinyanın son bəyanatlarından sonra onun blokunda yer alan 5 deputat istefa verdi. Bundan başqa, xarici işlər naziri Zöhrab Mnatsakanyan Paşinyanın Şuşa ilə bağlı bəyanatını təkzib etdiyi üçün istefaya göndərildi. Paşinyanın öz müavini də istefa verərək vəzifəsindən uzaqlaşıb. Görünən odur ki, Paşinyan nəyin bahasına olursa-olsun, öz kreslosunu qoruyub saxlamq niyyətindədir. O, bundan ötrü istənilən repressiv addımı atmağa hazır görünür. Bu isə ondan xəbər verir ki, yaxın gələcəkdə Ermənistanda ciddi bir vətəndaş qarşıdurmasının ortaya çıxması labüddür. Söz və mətbuat azadlığının boğulduğu, müxalif siyasi liderlərin həbs olunduğu ölkələrdə adətən dərin qütbləşmələr ortaya çıxır ki, bu da sonda vətəndaş müharibəsi ilə nəticələnir".

Politoloq qeyd edib ki, təəssüf doğuran məqam ondan ibarətdir ki, adını insan hüquqlarını müdafiə təşkilatları qoyan bir sıra beynəlxalq qurumlar bütün bu baş verənlər qarşısında susmağa üstünlük verirlər:

"Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən "Human Rights Watch", "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlar hələ də Ermənistanda baş verən hadisələrə münasibət bildirməyiblər. Görünür, həmin təşkilatların nəzərində Sorosun kadrı hakimiyyətdə qalmaq üçün hər cür insan hüquqları pozuntusuna yol verə bilər. Bir daha bəlli oldu ki, insan hüquqları məfhumu böyük dövlətlərin geosiyasi maraqlarının təmin olunmasında istifadə olunan vasitədir".


Etiketlər:  Paşinyan rəqiblərinə qarşı repressiya həyata keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ