Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada silahlı şəxs insanlara hücum edib, bir neçə nəfər yaralanıb

Almaniyada silahlı şəxs insanlara hücum edib, bir neçə nəfər yaralanıb

Tarix: 20 Noyabr 2020 04:08

Bakı. Trend:

Almaniyanın Oberhauzen şəhərində (Şimali Reyn - Vestfaliya vilayəti) bıçaqla silahlanmış şəxs insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı şəxsin hücumu nəticəsində azı 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, hücum edən şəxs saxlanılıb. O, saxlanılma zamanı yaralanıb və intensiv terapiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hazırda araşdırma aparılır və Oberhauzen şəhərinin polisi Essen şəhərindən araşdırmanın aparılması üçün əlavə polis qüvvələri istəyib.


Etiketlər:  Almaniyada silahlı şəxs insanlara hücum edib neçə nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ