Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndi “Google”un xəritəsində zəng etmək, mesaj göndərmək və musiqi dinləmək mümkündür

İndi “Google”un xəritəsində zəng etmək, mesaj  göndərmək və musiqi dinləmək mümkündür

Tarix: 20 Noyabr 2020 09:51

İndi "Google"un xəritəsində dostlarla ünsiyyət saxlamaq və ya musiqi dinləmək imkanı əlçatan olub. Proqramın yeni rejimi bu işdə istifadəçilərə kömək edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, indi "Google"un xəritəsi artıq zənglərə cavab verməyə, mesaj göndərməyə və musiqi dinləməyə imkan verir. Yeni yeniləmə öncə "Android" sisteminin idarəetməsi altında işləyən smartfonlarda əlçatan olacaq. Bu, istifadəçilərə diqqətlərini yola cəmləməyə imkan verəcək, "Google Assistant" isə bu vaxt digər işlərdə kömək edəcək. Bu o deməkdir ki, istifadəçi əlini sükandan çəkmədən və diqqətini yoldan ayırmadan səsli şəkildə zəng edə və zəngləri qəbul edə, mətn mesajları göndərə və onları dinləyə, musiqini idarə edə biləcək.

 

Emil Hüseynov




Etiketlər:  İndi Googleun xəritəsində zəng etmək mesaj göndərmək musiqi dinləmək mümkündür


RƏYLƏR