Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Premyer Liqası: ''Liverpul'' ''Lester''i məğlub etdi

İngiltərə Premyer Liqası: ''Liverpul'' ''Lester''i məğlub etdi

Tarix: 23 Noyabr 2020 04:40

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 9-cu tur oyununda "Liverpul" "Lester"ə qalib gəldı.

Trend-in məlumatına görə, oyun 3:0 hesabı ilə yekunlaşıb. Oyunun 21-ci dəqiqəsində "Lester"in yarımmüdafiəçisi Conni Evans avtoqol vurub, digər iki topu isə məğlub komandanın qapısından 41-ci dəqiqədə Dioqu Jota və 86-cı dəqiqədə Roberto Firmino keçiriblər.

Turnir cədvəlində "Liverpul" bir gün əvvəl "Mançester Siti"ni məğlub edən (2:0) "Tottenhem"lə birinci yeri bölüşür. Hər iki komandanın 20 xalı var. “Lester” və “Çelsi”isə hərəsi 18 xal toplayıb, komandalar cədvəldə üçüncü və ya dördüncü yerləri tuturlar.

Növbəti turda "Liverpul" 28 noyabrda "Brayton" ilə oynayacaq, "Lester" 30 noyabrda "Fulhem"i qəbul edəcək. Bundan əlavə, "Liverpul"un İtaliyanın "Atalanta" komandası ilə Çempionlar Liqası qrup mərhələsinin dördüncü turunun oyununu 25 noyabra təyin edilib.

Günün digər oyunlarının nəticələri:

"Fulhem" - "Everton" - 2:3;

"Şeffild Unayted" - "Vest Hem" - 0:1;

"Lids" - "Arsenal" - 0:0.


Etiketlər:  İngiltərə Premyer Liqası Liverpul Lesteri məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ