Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 23:27
Türkiyə Prezidentinin müşaviri, tanınmış professor İbrahim Saraçoğlu yeni növ koronavirus xəstəliyinin qarşısını almağın yollarından danışıb.
Sonxeber.net xəbər verir ki, professor immunitetin gücləndirilməsində sadəcə vitaminlərin deyil, ümumilikdə sağlam qidalanmanın vacibliyini qeyd edib.
COVID-19-un beyinə belə zərər verə biləcəyindən söz açan mütəxəssis bildirib ki, xəstəlik IQ-nü 10 faiz zəiflədə bilər. İbrahim Saraçoğlu iddia edir ki, koronavirusun beyinə zərəri qalıcı ola bilər:
"COVID-19-a qarşı mübarizə yolları var, həqiqətən istəsəniz, ona qalib gələ bilərsiniz. Bunun üçün ilk növbədə maska, sosial məsafə və gigiyenik qaydalara əməl etmək lazımdır. Adaçayı və hibiskus bitkilərini qaynadaraq bu məhlulla səhər, günorta, axşam qarqara edin. Bu məhlul yüz minlərlə insanın həyatını xilas edə bilər, onu buruna da damcılada bilərsiniz. Bu, sadəcə koronavirusa qarşı deyil, mövsümi qrip və boğaz infeksiyalarına səbəb olan allergiyaya qarşı da effektivdir. Boğaz və burun selikli qişası üzərindəki bakteriyaların, virusların, mikroorqanizmlərin yox edilməsi üçün ideal vasitədir. Bu barədə aparılmış bir çox araşdırma var".
COVID-19 ilə mübarizədə efir yağlarının da əhəmiyyətli silah olduğunu vurğulayan Saraçoğlu onları qoxlamaqla buruna daxil olan virusları təsirsiz hala gətirə biləcəyimizi izah edib:
"Bu yağları iyləməklə möhtəşəm zireh yaradırsınız. Adaçayı, lavanda, kəklikotu, evkalipt yağlarını tez-tez iyləyin. Bu yağlar dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Otaqdakı mikrobları yox etmək istəyirsinizsə, qaynar suyun içinə 20-30 damcı bu yağlardan birini əlavə edin. Bu, təbii mikroböldürücü vasitədir".
Qidalanmanın da rolundan danışan professor qeyd edib ki, paxla, buğda, mərcimək və noxud kimi məhsullara üstünlük verməliyik:
"İmmuniteti sadəcə vitaminlərlə gücləndirmək olmaz. Qidalanma düzgün olmalıdır. Dolayısı ilə qidalanma sayəsində virusun müqavimətini qırırsınız. Beləliklə də virusdan daha güclü olursunuz". (publika.az)