Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 19:24
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Yunanıstanın AEK və Ukraynanın "Zarya" komandalarının görüşünü idarə edəcək.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, AEK - "Zarya" matçı noyabrın 26-da Afinada keçiriləcək.