Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 20:36
Bakı. Trend:
Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.