Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı''

''İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı''

Tarix: 27 Noyabr 2020 10:12

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü  turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Sivasspor"u təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Ancaq nəticədə məğlub olduq. Futbolda belə hallar olur. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı".

O, komandanın heyətindəki problemlərdən də danışıb: "Çox dəyişiklik etmədik. 1-2 oyunçumuz meydana çıxa bilsəydi, oyunu sürətləndirə bilərdik. Əlimizdəki futbolçularla ən doğrusunu etməyə çalışdıq".

Q.Qurbanov heyətdə itkilər olmasına baxmayaraq, komandasının yaxşı mübarizə apardığını söyləyib: "Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".


Etiketlər:  İstəyimiz qələbə qazanmaq amma alınmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ