Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 14:36
Elə bir kəşfiyyatçı olmaz ki, ermənilərin başına külli miqdarda pul qoyduğu qəhrəman, müharibənin gizli qəhrəmanlarından olan Gizir Xanının (Səyyaf Əhmədov) üzünü görməsə də, ən azı adını eşitməsin.
Sonxeber.net sonxeber.az-a istinadən xəbər verir ki, o birinci Qarabağ müharibəsində keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Fəaliyyəti dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, medallarla təltif olunub. Ermənilər başına külli miqdarda pul qoyublar.
Xidmət etdiyi müddətdə də əsgərlərinə zabit yox, ata, əmi, dayı olub. Xanının rəhbərliyi altında xidmət edənlər bunu təsdiqləyə bilər. İkinci Qarabağ müharibəsi başlayandan Xanı təcrübəli kəşfiyyatçı kimi ilk əlinə silah alıb döyüşə atılanlardan oldu. Bu müharibədə də ermənilərin qorxulu yuxusuna çevrilib.