Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub (FOTO)

Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub (FOTO)

Tarix: 9 Iyul 2019 01:33

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkar və menecerlərin Almaniyada növbəti ixtisasartırma kursu başa çatıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer 11 iyun - 6 iyul tarixlərində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak ediblər.

Kurs müddətində sahibkar və menecerlər “Mercedes-Benz”də və digər istehsal müəssisələrində olub, turizm, İKT və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçiriblər.

Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər təşkil olunub, Azərbaycanın qədim tarixini, mədəniyyətini əks etdirən əl işləri və yerli məhsullarımız nümayiş olunub.

Qeyd edək ki, indiyədək 419 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sahibkar menecerlər Almaniyada ixtisasartırma kursunda olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ