Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 14:20
"Atletiko"nun sabiq kapitanı Qabi karyerasını bitirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son olaraq "Əl-Sədd"də (Qətər) çıxış edən 37 yaşında futbolla vidalaşdığını açıqlayıb:
"Futbol oynamağa başladığım zaman xəyallarımın gerçəkləşdiyini təsəvvür belə etmirdim. İndi futbolçu karyeramın sona çatacağı gün gəldi. Bütün komanda yoldaşlarıma, bu yolun bir hissəsi olan bütün insanlara təşəkkür etmək istəyirəm. Çıxış etdiyim bütün komandaların işçiləri, ailəm, dostlarım heç vaxt çətin vəziyyətə düşəndə yıxılmağıma icazə vermədilər. Həm də meydanda daha yaxşı olmağımı tələb edən azarkeşlərə təşəkkürümü bildirirəm. Nəhayət, mənə bir çox insanın yaddaşında əbədi qalmaq fürsəti verdiyin üçün futbol, sənə təşəkkkür edirəm. Şübhəsiz ki, qazandığım ən böyük şeysən".
Qabinin "Atletiko"ya qayıdaraq, baş məşqçi Dieqo Simeonenin köməkçisi kimi işləyəcəyi gözlənilir.
Qeyd edək ki, Qabi 2002-2007 və 2011-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. "Xetafe" "Zaraqosa" kimi komandaların da formasını geyinən futbolçu 2018-ci ildən "Əl-Sədd"də çıxış edirdi.