Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ilin sonunadək “5G” şəbəkələrinin əhatə zonasında nə qədər insan yaşayacaq?

2020-ci ilin sonunadək “5G” şəbəkələrinin əhatə zonasında nə qədər insan yaşayacaq?

Tarix: 1 Dekabr 2020 10:36

“Ericsson Mobility Report” hesabatına görə, 2020-ci ilin sonunadək 1 milyarddan çox insan “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq. Bu halda qoşulmaların sayı 220 milyona bərabər olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2026-cı ildə dünyada hər 10 qoşulmadan 4-ü beşinci nəslin şəbəkələrinin payına düşəcək. O vaxtadək isə dünya əhalisinin 60%-i “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq.

 

İndi dünyada 106 kommersiya “5G” şəbəkəsi fəaliyyət göstərir. Çində bütün qoşulmaların 11%-i beşinci nəsil şəbəkələrinin payına düşür. “5G” şəbəkələrinin sayına görə ikinci yeri Şimali Amerika tutur.

 

Emil Hüseynov




Etiketlər:  2020 ilin sonunadək şəbəkələrinin əhatə zonasında qədər insan yaşayacaq


RƏYLƏR