Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub

Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub

Tarix: 1 Dekabr 2020 13:20

Bakı. Fidan Babayeva - Trend:

Dekabrın 11-də Rusiyanın Ufa şəhərində “İxrac vaxtıdır” adlı beynəlxalq ixrac forumu keçiriləcək.

Trend bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, builki forum dekabrın 8-dən 11-dək davam edəcək Beynəlxalq biznes həftəsinin tərkib hissəsi olacaq:

“Rusiyalı tərəfdaşlarla birbaşa təmasların qurulmasında maraqlı olan Azərbaycan müəssisələri forumda onlayn formatda iştiraka dəvətlidir”.

Müzakirə olunan məsələlər arasında xarici bazarlara çıxış imkanları, ixrac üçün IT xidmətlərin təşviq olunması, ixrac fəaliyyətinin yeni alətlərinin müzakirələri yer alacaq.


Etiketlər:  Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ