Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 16:00
Britaniyalı Formula 1 pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton koronavirusa yoluxub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Formula 1-in "Twitter" səhifəsində bildirib.
Qeyd olunur ki, ötən həftə sonu pilot Bəhreyn Qran-prisində qalib gəldikdən sonra özünü pis hiss edib. Yekunda L.Hemiltonun verdiyi koronavirus testi müsbət nəticələnib.
İdmançının Formula-1 mövsümünün son mərhələsində iştirak etməyəcəyi bildirilib.