Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 08:52
2020-ci ilin noyabrında .az domenində 78 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb. Bu, milli domendə qeydiiyyata alınan internet resurslara hücumun 1,7 faizini təşkil edir.
Trend bu barədə "Netcraft" analitika şirkətinin hesabatına istinadən məlumat verir.
Ümumilikdə, yerli domendə 461 sayt fişinq hücumuna məruz qalıb ki, bu da oktyabr ayı ilə müqayisədə 25,8 faiz azdır.
Bu günədək .az domenində 36 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"-ın məlumatına əsasən, Ukraynada hər 204 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.
Özbəkistanda 325 sayta 1, Rusiyada 51 sayta 1, Belarusda 886 sayta 1, Ermənistanda 152 sayta 1, Qazaxıstanda 650 sayta 1, Gürcüstanda 214 sayta 1, Tacikistanda 141 sayta 1, Latviyada 109 sayta 1, Estoniyada 130 sayta 1, Litvada 43 sayta 1 hücum düşür.