Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 09:57
Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də bir həftə ərzində keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir.
Belə ki, 22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 328 168, müəllimlərin sayı 124 632, aktiv istifadəçi sayı 940 454 olub.