Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrsi xəstəliklər

İrsi xəstəliklər

Tarix: 3 Dekabr 2020 08:03

Orqanizmdə baş verən xəstəliklərin heç də hamısı infeksiyalar, bakteriyalar tərəfindən törənmir. Bəzi xəstəliklər vardır ki, onlar genetik xarakter daşıyır. Genetik xəstəliklər valideyinlərdən övladlarına genlər vasitəsilə ötürülən xəstəliklərdir. Bu xəstəliklər  bir neçə qrupa bölünürlər:
1. Tək gen xəstəlikləri.
Tək bir gendə meydana gələn patologiya səbəbli ortaya çıxan müalicəsi mümkün olmayan xəstəliklər qrupudur. Bu xəstəliklərə talasemiya, hemofiliya, bəzi metobolik xəstəliklər, ağqanlılıq, anadangəlmə karlıq kimi xəstəlik və xəstəliyin daşıyıcısı olmaq daxildir.
2. Xromosom xəstəlikləri
Xromosom sayının normal olmaması səbəbindən əmələ gələn xəstəliklərdir. Bunlara Daun sindromu, 18-ci xromosomun trisomiyası və 13-cü xromosomun trisomiyası, uşaqlarda olan bəzi anormal xəstəliklər aiddir.
3. Multifaktorial xəstəliklər
Bu xəstəliklər anadangəlmə və qazanılma ola bilir. Dovşandodaqlıq və qurdağızlıq anadangəlmə, diabet və şizofreniya isə müəyyən yaş dövründən sonra meydana çıxan genetik xəstəliklərdir.
4. Genetik somatik xəstəliklər
Mutasiya səbəbindən meydana çıxan xəstəliklər. Bu xəstəliklər genin daşıyıcısının dünyaya gəldiyi ilk günlərdən özünü aşağıdakı çatışmazlıqlarla göstərir:
- vitamin, mineral çatmazlığı
- mikroblara qarşı həssasləq
- bədənin quruluşunda anormallıq
- daxili orqanlarda anormallıq.


Etiketlər:  İrsi xəstəliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ