Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan və Ruhani Qarabağı müzakirə ediblər

Ərdoğan və Ruhani Qarabağı müzakirə ediblər

Tarix: 4 Dekabr 2020 11:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezident Həsən Ruhani arasında telefon danışığı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası bildirib.

Danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib. R.T.Ərdoğan bildirib ki, Dağlı Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır.

Türkiyə prezidenti vurğulayıb ki, Dağlı Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.

Milli.Az


Etiketlər:  Ərdoğan Ruhani Qarabağı müzakirə ediblər


RƏYLƏR