Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 08:44
ABŞ-ın hazırkı prezidenti Donald Trampın qərargahı Corciya ştatındakı seçkilər zamanı səslərin hesablanmasının nəticələrinə etiraz edərək, məhkəmədə iddia qaldırmaq qərarına gəlib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə qərargahın "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.
"Corciya ştatında seçki nəticələrinin etibarsızlığını ortaya qoyan on minlərlə qanunsuz səs hesablanmaya daxil edilib", - məlumatda belə deyilir.
"Twitter" sosial şəbəkəsi həmin bu paylaşımı "mübahisəli" kimi qeyd edib.