Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sən alnında satqın damğası olan qorxaqsan” - Sarkisyandan Paşinyana

“Sən alnında satqın damğası olan qorxaqsan” - Sarkisyandan Paşinyana

Tarix: 6 Dekabr 2020 11:04

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Sarkisyan Paşinyanı qorxaq və satqın adlandırıb. Onun "Tarix faktlarla yazılır" adlı yazısı "Facebook" səhifəsində yayımlanıb:

"Kimsə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqda danışarsa, sən susmalısan, Nikol Paşinyan! Qorxaqlara xas manipulyasiya fəndləri ilə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, hər şeyi biabırçı məğlubiyyətini ört-basdır edəcək və məsuliyyətdən yayınacaq bir şəkildə düz-qoş edə bilərsən. Sən tarixə öz kreslosuna görə müharibəni uduzan, alnında satqın damğası olan bir qorxaq kimi düşəcəksən. Tarix faktlarla yazılır".  


Etiketlər:  Sən alnında satqın damğası olan qorxaqsan Sarkisyandan Paşinyana


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ