Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağalıb yenidən hərbi xidmətə yollanmağa can atan qazimiz - VİDEO - FOTO

Sağalıb yenidən hərbi xidmətə yollanmağa can atan qazimiz - VİDEO - FOTO

Tarix: 7 Dekabr 2020 21:24

Haqq savaşımız "Vətən müharibəsi", "44 günlük müharibə" və yaxud "İkinci Qarabağ müharibəsi" kimi tariximizin şanlı səhifəsinə bu adlarla yazıldı.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ağstafa rayonunun Qaçaq Kərəm kəndindən Vətən müharibəsinin iştirakçısı olan Qoşqar Quluzadə hərbi xidmətə 11 ay öncə yollanıb. Evin tək oğlu olan Qoşqarın yolunu isə hər kəs, o cümlədən bacısı və anası gözləyirdi. Evə dönərkən onu təkcə ailə üzvləri deyil, bütün el-oba coşqu ilə qarşılayıb.

Yəqin ki, bu anlar qazimizin xatirəsindən uzun illər silinməyəcək. Anası Rahilə Məmmədova deyib ki, bir gözünü və qulağının birinin eşitmə qabiliyyətini itirən oğlu lazım gələrsə, sağalaraq yenidən vətənin keşiyində durmağa hazırdır.

"Bir oğlum, bir qızım var. Fəxr edirəm ki, oğlum düşmənə qarşı döyüşüb və sağ-salamat evinə qayıdıb. Lazım olsa, yenə gedəcək", - deyə qazimizin anası bildirib.

"Qardaşımla qürur hissi duyuram, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. Qardaşımla, Azərbaycan Ordusu ilə fəxr edirəm. Sağ olsun Müzəffər Ali Baş Komandanımız", - deyə qazimizin bacısı Asiman Həsənova qeyd edib.

Qoşqar bu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. Bu çətin və şərəfli savaşda iştirak etmək onun ən böyük arzusu idi. Elə arzusuna da çatdı. Qoşqar 19 yaşını noyabrın 21-də müalicə aldığı xəstəxanada qeyd edib. O, Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Hadrut, Cəbrayıl, Xocavənd rayonlarında torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik göstərib. Döyüşlərin birində isə ağır yaralanıb. "Bizi tank mərmisi ilə vurdular. Ondan sonra baş verənlər yadımda olmayıb, huşumu itirmişəm. Məni Füzuli xəstəxanasına aparıblar. Orda Qarabağın alınmasını eşitdik, çox sevindik. Şəhidimiz də oldu, yaralımız da. Həm şəhidimizdən keçmədik, həm yaralımızdan, həm də torpağımızdan", - qazimiz Qoşqar Quluzadə bildirib.

Qoşqar deyib ki, bir gözünü itirsə də, sağlamlığına ziyan dəysə də, o, evə əli boş gəlməyib, qalib əsgər kimi, qələbə ilə qayıdıb.


Etiketlər:  Sağalıb yenidən hərbi xidmətə yollanmağa atan qazimiz VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ