Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 13:24
"Ermənistan xarici işlər naziri Ayvazyanın Moskvada sərsəm bəyanatları ilk baxışdan Ermənistan dövlətinin hələ də ağıllanmaq istəmədiyi reallığını ortaya qoyur".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Politoloq bildirib ki, görünür, Ermənistanın XİN rəhbəri baş verən hadisələrdən lazımi nəticələr çıxarmayıb:
"Nəzərə alaq ki, Paşinyan və komandası düçar olduqları rüsvayçı məğlubiyyətin fərqindədirlər. Onlar bilirlər ki, Ermənistan dövləti öz qonşularına qarşı ədavətə son qoymasa, erməni xalqı daha faciəvi günlərlə üzləşə bilər. Erməni xalqının yeganə xilas yolu qonşuları ilə sülh şəraitində yaşamaqdır. Görünür, Ermənistanın XİN rəhbəri baş verən hadisələrdən lazımi nəticələr çıxarmayıb. Ya da ki, Ayvazyanın diletant siyasətçi olması onun emosional davranaraq belə ziddiyyətli bəyanatlarla çıxış etməsini şərtləndirib.
Ermənistan baş diplomatınn Moskvada səsləndirdiyi fikirlər regional geosiyasi reallıqlarla məntiqi şəkildə çuğlaşmasa da, Ermənistanın daxilində cərəyan edən siyasi proseslərin tərkib elementi kimi dəyərləndirilə bilər. Hazırda düşmən ölkədə çox gərgin siyasi vəziyyət hökm sürür. Revanşist radikal siyasi dairələrin fəallaşması fonunda Paşinyan iqtidarı hansısa bir yolla kütləni sakitləşdirməlidir. Əks halda, müxalif siyasi düşərgənin sosial bazası genişlənə bilər".
C.Əhmədli onu da qeyd edib ki, Ayvazyanın nə deməsindən asılı olmayaraq, Türkiyə regionda sabitləşdirici faktordur:
"Ayvazyanın məlum bəyanatları da məhz bu zərurətdən qaynaqlana bilər. Yəni narazı kütlə ilə hakimiyyət arasında uçurumun daha da genişlənməməsi məqsədilə belə "balanslaşdırıcı" bəyanatların səslənməsi mümkündür. Ayvazyanların nə deməsindən asılı olmayaraq, Türkiyə regionda sabitləşdirici faktordur və Azərbaycan-Türkiyə strateji müttəfilqliyi regional təhlükəsizliyə, tərəqqi və inkişafa başlıca zəmanət faktorudur. Regionda yaranmış yeni təhlükəsizlik formatının əsas tərəflərindən biri Türkiyədir. Regionumuz yeni bir mərhələyə qədəm qoyur. Erməni xalqı üçün də tarixi bir fürsət yaranıb. Bundan sonra Ermənistanda sağlam qüvvələr hakimiyyətdə olsa, regionda tam, hərtərəfli və dərin inteqrasiya prosesləri gedə bilər. Əks halda, Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, əgər erməni faşizmi bir də baş qaldırsa, 10 qat artıq cavabını alacaqlar, heç kim bizi durdura bilməz".
Təhməz Əsədov