Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 14:42
Bu gün "Qarabağ" ordeni ilə təltif olunan igidlərimizdən biri də xüsusi təyinatlı qüvvələrin baş leytenantı Həmid Abbasbəylidir. O, aprel döyüşləri də daxil olmaqla 44 günlük Vətən müharibəsində özünün şücaəti ilə döyüş yoldaşlarının yaddaşında silinməz iz buraxıb. Əməkdaşlarımız bu gün şəhid hərbçimizin ailəsi ilə görüşüblər.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, hərb təhsilini tamamladıqdan sonra xüsusi təyinatlı qüvvələrin baş leytenantı rütbəsinə qədər yüksəlib, Vətən müharibəsinin ən ağır döyüşlərində iştirak edib.
Həmid dünyaya gələndən hamıdan fərqlənib. Səbrli, təmkinli, dostlarının sevgisini qazanan, eləcə də öz təmkini ilə hamıdan seçilib. Elə xalası da Həmidi ən yaxşı xüsusiyyətləri ilə yad edir.
"Mən bir də heç kimə döşəməli aş bişirməyəcəm" deyir Güldanə müəllimə. Həmidin ondan son istəyi bu olub. Bir də deyib ki, "bibi, mənim duam qəbul oldu".
Həmidin döyüş yolu haqqında danışılanlar qardaşı Ağasını da heyrətə gətirib. O, qardaşının Vətən uğrunda şəhid olduğunu deyir və onunla həmişə fəxr edəcəyəni bildirir.
Xüsusi təyinatlı qüvvələrin baş leytenantı, qəhrəmancasına şəhid olan Həmid Abbasbəyli bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən "Qarabağ" ordeni ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: