Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada son sutkada koronavirusdan 613 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 613 nəfər ölüb

Tarix: 11 Dekabr 2020 16:00

Rusiyada son sutka ərzində daha 28 585 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 597 711 nəfərə çatıb.

Son sutka ərzində 613 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 45 893 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Etiketlər:  Rusiyada sutkada koronavirusdan nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ