Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qulaqlıqdan istifadə edərkən diqqətli olun, yoxsa...

Qulaqlıqdan istifadə edərkən diqqətli olun, yoxsa...

Tarix: 12 Dekabr 2020 07:33

Müasir günümüzdə gənclərin demək olar ki, hamısı qulaqlıqlardan istifadə edir. Bu texnoloji aksesuarla biz nəinki musiqiyə qulaq asır, hətta kinoya baxır, telefonla danışır və xəbərləri dinləyirik.
Mütəxəssislər qulaqcıq alarkən diqqətli olmağı tövsiyə edirlər. Çünki texnologiyanın inkişafı qulaqcıqların satışı ilə əlaqədar bir-çox alternativ vasitlərin meydana çıxmasına səbəb olur. Satışda qulaqcıqların müxtəlif növlərinin olması alıcıları çətin seçim qarşısında qoyur və standartlara cavab verməyən qulaqcıqlar insanlarda bir çox patologiyalara səbəb ola bilir.
Qulaqcıqlardan ən çox musiqiyə gur səslə qulaq asmaq istəyənlər istifadə edirlər. Bu zaman qulaqcıqlar gur səsli musiqinin ətrafdakıları narahat etməsinə yol vermir.
Qulaqcıqlar insana rahatlıq verir və musiqini daha da cazibəli edir.
Amma həkimlər gur səslə uzun müddət musiqi dinləməyin insanın qulaqlarına və beyninə mənfi təsir etdiyini söyləyirlər. Belə ki, bu baş ağrılarına və sinir sisteminin zədələnməsinə səbəb ola bilir. Bu xüsusən də azyaşlı uşaqlar üçün daha təhlükəli sayılır.


Etiketlər:  Qulaqlıqdan istifadə edərkən diqqətli olun yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ