Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 12:36
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də mayor Elnur Şirinovdur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevir şəhər sakini, 33 yaşlı mayor Elnur Şirinov çətin döyüş yolu keçib.
Qələbədə də pay sahibi olan qəhrəman hərbçi doğmalarının yanına qayıdıb. Anası Solmaz Şirinova övladı ilə qürur duyur.
Müharibə başlayan gündən şərəfli döyüş yolu keçən Elnur Şirinova dövlət başçısı tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı"adı verilib. Mingəçevir sakini bu gün qalib ölkənin nümayəndəsi kimi fəxr edir. Elnur Şirinov 2 oğul atasıdır. Qəhrəman hərbçi verilən məzuniyyəti başa vurduqdan sonra yenidən xidmətini davam etdirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: