Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 20:57
Pandemiyaya qarşı tətbiq olunan birinci nəsil peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunacaq peyvənd barədə danışan mütəxəssis vurğulayıb ki, binci nəsil peyvəndlər heç də məsələni kökündən həll etmir. Onun sözlərinə görə, insanlarımız xüsusilə diqqətli olmalıdır ki, Azərbaycanda qarşıdakı aylarda birinci nəsil peyvəndin tətbiqinə başlanarsa, bu, heç də daha peyvənd tapıldı, qaydalara əməl etməyə gərək yoxdur anlamına gəlmir: "İnsanlarımız bilməlidir ki, tətbiq olunan peyvəndlərin məqsədi ölüm sayını azaltmaqdan ibarətdir".