Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 11:36
Bakı. Trend:
2020-ci ilin 11-12 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransının “Təhsil və humanitar”, “Təbiət və texnika” və “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclasları keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bölmə iclaslarında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini və elmi-tədqiqat institutlarını təmsil edən tədqiqatçıların məruzələri dinlənilib.
“Təhsil və humanitar” bölməsinin iclasında Bakı Dövlət Universitetinin dosenti, Gülarə Kərimova “Təhsildə innovasiyalar dövrün mühüm tələbidir”, MDU-nun baş müəllimi İlham Məmmədov “Azərbaycan qlobal yeniliklər astanasında”, MDU-nun dosenti Sahib Mustafayev “Riyaziyyat təlimində şagirdlərin vizüal-qrafiki informasiyanı riyaziləşdirmə bacarıqlarının inkişaf etdirilməsi”, MDU-nun müəllimi Xədicə Əliyeva “İngilis dilinin tədrisi zamanı sözlərin öyrənilməsində son innovasiyalar”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Fəridə Mövsümova “Humanitar və hüquqi sahədə innovasiyalar”, Gəncə Dövlət Universitetinin müəllimi Saidə Nəsibova “Müasir təhsil sistemində təlim texnologiyalarinin tətbiqi məsələləri”, MDU-nun müəllimi Sevinc Səmədova “Müasir dövrdə Azərbaycan təhsil sisteminin modernləşdirilməsi”, MDU-nun müəllimi Səadət Ağakişiyeva “Müasir uşaq ədəbiyyatına innovativ yanaşma”, MDU-nun müəllimi Ayna Babazadə “Tədqiqatlarda İKT imkanlarından istifadə” və MDU-nun dosenti Vəfa Məhərrəmova “İngilis dilinin tədrisində İKT əsaslı fəaliyyətlərin rolu” mövzularında çıxış ediblər.
“Təbiət və texnika” bölməsinin iclasında Bakı Muhəndislik Universitetinin dosenti Huseyn Mirzəyev “Lift qapılarının dirsək-sürüngəclı mexanizmlərinin müqayisəli analizi”, MDU-nun dosenti Mehman Rəsulov “Məxsusi ədədlərin paralel axtarışı”, Sumqayıt Dövlət Universitetinin dosenti Nərgiz Aşurova “Sumqayıt sənaye zonasının biomüxtəlifliyinin öyrənilməsi”, MDU-nun baş müəllimi Asudə Abdurrahmanova “Neft quyularının hasilatının ölçülməsinin dolayı üsulu”, MDU-nun müəllimi Liliya Süleymanova “Polimer-qazboşalması qarşılıqlı təsiri üsulu ilə H2O2-nin sintezi” Azərbaycan Texniki Universitetinin baş müəllimi, doktorant, Anar Hacıyev “Ştanqlı quyu nasosları üçün yeni konstruksiyalı balansirsiz mancanaq dəzgahı”, MDU-nun müəllimi Gülmira Məmmədova “İçməli suyun keyfiyyətinə qoyulan tələblər” və MDU-nun dosenti Vüqar Mustafayev “Oynaqlı dördbəndli yastı lingli mexanizmdə bir sintez məsələsi” mövzularında çıxış ediblər.
“İqtisadiyyat və idarəetmə” bölməsinin iclasında Lənkəran Dövlət Universitetinin dosenti Gülbəniz Əliyeva “Azərbaycanın innovasiya strategiyasının əsas istiqamətləri”, MDU-nun baş müəllimi Günəş Şəfaqətov “Azərbaycanın sosial-iqtisadi inkişafında innovasiyanın rolu: mövcud vəziyyət və perspektivlər”, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Mayis Gülalıyev “COVID-19 pandemiyasının ərzaq idxalına tələb funksiyasına təsirinə metodoloji baxış”, MDU-nun baş müəllimi Nazim Niftəliyev “Azərbaycanda iqtisadi transformasiyalar şəraitində dövlətin innovasiya siyasətinin strateji aspektləri”, MDU-nun müəllimi Xəyalə Xəlilova “Kooperasiyalaşmanın aqrar sahənin inkişafında rolu”, Azərbaycan Texniki Universitetinin baş müəllimi Günay Əliyeva “Elmi innovasiyalarin qloballaşan ali təhsilə təsiri” və MDU-nun müəllimi Saqib Məmmədov “İqtisadiyyatın diversifikasiyasının Azərbaycanın müasir iqtisadi inkişafında rolu” mövzularında çıxış ediblər.
Məruzələr dinlənildikdən sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-nun evsahibliyi ilə keçirilən elmi konfransın əsas məqsədi iştirakçılara seçilmiş mövzu üzrə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək imkanı yaradılmasından ibarət olub.
Üç bölmə və 12 istiqaməti əhatə edən konfransa respublikamızın 22 ali təhsil müəssisəsini, AMEA-nın 8 sahə elmi-tədqiqat institutunu və digər 6 təşkilatı təmsil edən 270 nəfər müəllifdən ümumilikdə 230 məqalə və tezis təqdim olunub.