Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya sülhməramlılarının 10-15 terrorçu ilə bacarmadığı inandırıcı deyil''

''Rusiya sülhməramlılarının 10-15 terrorçu ilə bacarmadığı inandırıcı deyil''

Tarix: 14 Dekabr 2020 14:09

Meşə və dağlarda gizlənən erməni terrorçuları çəkiliş edib, qətiyyən geri çəkilməyəcəklərini və sona qədər döyüşəcəklərini deyirlər. İrəvanda yaşayan ermənilər də onlara qoşulmağa səsləyiblər. Onlar nəyə belə arxayındırlar?

Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, Yaxın Şərqdən gətirilən terrorçular məhz Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgələrdə məskunlaşıblar:

"Son iki gündə paylaşılan bu tip videolardakı terrorçular Ermənistanın Dağlıq Qarabağa gətirdiyi Yaxın Şərqdən olan etnik erməni muzdlular olması diqqəti çəkir. Danışıqlarındakı aksentlər onların yerli Dağlıq Qarabağ ermənisi və İrəvan ermənisi olmaması, məhz Yaxın Şərqədən olan ermənilərin olmasından xəbər verir. 44 günlük Vətən Müharibəsi dövründə STJ - Suriyalılar Həqiqət və Ədalət Naminə Təşkilatı Suriyada höküməti dəstəkləyən etnik ermənilərin hərbi birləşmələrinin Qarabağa göndərilməsi haqqında bir neçə hesabatlar paylaşıb.

Son belə hesabat da dekabrın 8-də paylaşılıb. Bütün hesabatları birləşdirən əsas məqam, bu muzdluların Ermənistana Rusiyanın Suriyadakı Xmeymin bazasından göndərilməsi haqqındadır. Son hesabatda da bu ilin sentyabr və oktyabr aylarında Rusiyanın Suriyadakı Ximeymin bazasından Ermənistana və oradan da Dağlıq Qarabağa göndərilən muzdlular haqqında məlumatlar, reyslərin tarixi, təyyarələrin nömrələri və digər faktlar hamısı göstərilib.
İndi də Qarabağda bu terrorçular, məhz Rusiya sülhməramlılarının terrorçulardan təmizləməli olduğu bölgələrdə məskunlaşıblar. Məntiqlə də onlara arxayındılar. Çünki son bir ayda 35 min ermənini Xankəndinə gətirən Rusiya sülhməramlılarının 10-15 terrorçu ilə bacarmadığı inandırıcı deyil".

Y.Hacıyeva qeyd edib ki, sülhməramlı missiyanın həyata keçirilməsində Rusiya Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır:

"Bir neçə gün öncə Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Lakin Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritədə bu ərazilər onların nəzarətində olduğu kimi əks etdirilib.

Ümumiyyətlə, Azərbaycan ərazilərində gündə bir xəritə çəkib dövriyyəyə buraxmaq səlahiyyətini Rusiyaya kim verib, bunun özü maraqlı sualdır. Çünki bu xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəlikləri çərçivəsində qurmalıdırlar. Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu bölgədəki fəaliyyətində Rusiya Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır".

Təhməz Əsədov


Etiketlər:  Rusiya sülhməramlılarının terrorçu ilə bacarmadığı inandırıcı deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ